MDSS üzrə daxilolmalarda proqnoza nisbətdə 8,2% artım qeydə alınıb
21 İYUL 2025

2025-ci ilin yanvar-iyun ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 237,1 mln. manat və ya 8,2% artım qeydə alınıb.

Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 136,5 mln. manat və ya 14,2%, qeyri-büdcə təşkilatları üzrə isə 246,7 mln. manat və ya 13,7% artımla olub.