MDSS üzrə daxilolmalarda 8,6% artım qeydə alınıb
18 aprel 2024
2024-cü ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 104,0 mln. manat və ya 8,6% artım qeydə alınıb.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,4 mln. manat və ya 6,1%, qeyri-büdcə təşkilatları üzrə isə 100,0 mln. manat və ya 13,1% artımla olub.
Qeyd: Operativ məlumatdır.