Mayda 23 978 vətəndaş müraciəti cavablandırılıb
19 İYUN 2025

2025-ci ilin may ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 23 978 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.

Bunlardan 22 179-u rəsmi məktub və telefon zəngi, 1799-u isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.