May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları da bu gün ödənildi
27 MAY 2025


Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.
Mayın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 23-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin may ayının pensiya ödənişləri həyata keçirilib.