İyun ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları da bu gün ödənildi
26 İYUN 2025

Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

İyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyunun 21-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.