İyulda 1 514 vətəndaş müraciəti cavablandırılıb
01 AVQUST 2025

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin iyul ayı ərzində 1 514 vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlərin 455-i ünvanlı dövlət sosial yardımı, 297-si pensiya təyinatı, 480-i sosial müavinət və təqaüd, 18-i sosial sığorta və fərdi uçot, 264-ü isə digər istiqamətlər üzrə olub.