ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İyul ayının sosial ödənişləri yekunlaşdı
25 IYUL 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bundan əvvəl – iyulun 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.