

















Uşaqlar tədbirdə animasiyalar, sual-cavab formatında təşkil olunan sessiyalar və interaktiv oyunlarda maraqla iştirak edib, eyni zamanda müxtəlif əl işləri hazırlayıblar.
İdman elementləri ilə zəngin komanda oyunları vasitəsilə uşaqlara sosiallaşmaq və dostluq münasibətləri qurmaq vərdişləri də öyrədilib.
Valideynlər üçün təşkil olunmuş proqramda isə təcrübəli psixoloq psixoloji dəstək və gündəlik həyatda qarşılaşdıqları stresli situasiyalarda davranış qaydaları ilə bağlı fərdi məsləhətlər verib.
CS Conti-Service International Spedition GmbH (Conti-Service Azerbaijan MMC) şirkətinin dəstəyi ilə reallaşdırılan tədbirin məqsədi uşaqları öz hüquqları ilə bağlı maarifləndirmək, hüquqi savadlılığı erkən yaşlardan aşılamaq, valideynlər üçün psixoloji dəstək, sosial bacarıqları inkişaf etdirmək, ailələrin cəmiyyətə inteqrasiyasını, sosiallaşma imkanlarını artırmaq, uşaqlarda sosial-emosional inkişafı dəstəkləmək olub.