ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF sədri Goranboyda vətəndaşları qəbul edəcək
04 FEVRAL 2025

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 14 fevral 2025-ci il tarixində saat 11:00-da Goranboy rayonunda Naftalan və Goranboy sakinlərini qəbul edəcək.

Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, fevralın 7-dək Fondun Goranboy və Naftalan rayonlarında yerləşən qəbul şöbələrinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.