Hacıqabulda ictimai dinləmə keçiriləcək
28 mart 2024
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 4 aprel 2024-cü il tarixində saat 15:00-da Hacıqabul rayonunda Şirvan və Hacıqabuldan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Hacıqabul rayonunda yerləşən qəbul şöbəsinə və Şirvan şəhərində yerləşən regional filialına yaxınlaşıb, Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib və ya (012) 432-02-30 telefon nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərsiniz.