Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə “Giq-iqtisadiyyatda sosial müdafiənin və gender bərabərliyinin gücləndirilməsi” mövzusunda vebinar keçirilib
13 MART 2025
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi vebinarda iş yerlərində üzləşilən təhlükəsizlik riskləri və genderə xas maneələr, sosial sığortanın genişləndirilməsi istiqamətində həyata keçirilmiş yenilikçi siyasət yanaşmaları və müsbət təcrübələr müzakirə olunub.
Eləcə də kibertəhdidlər, informasiya texnologiyaları, iqlimlə bağlı yeni yaranan risklər ilə əlaqədar bank sektorunun sabitliyi və dayanıqlılığının gələcək təzyiqlərdən qorunması istiqamətində həll yollarının araşdırılması, gender bərabərliyinin təşviqi, qadınlar üçün bərabər və inklüziv imkanların yaradılması məqsədilə strategiyaların araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.