Elektron xidmətlərə son 5 ayda 6,8 milyon müraciət olub
16 iyun 2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin beş ayı ərzində 6,8 milyon müraciət qeydə alınıb.
Həmin dövrdə 15,7 min pensiya, 57,7 min müavinət və təqaüd, həmçinin 618 birdəfəlik ödəmə üzrə təyinat rəqəmsal infrastruktur üzərindən proaktiv qaydada aparılıb.
Yanvar-may aylarında e-qaydada 142,2 min fərdi şəxsi hesab da açılıb, Nazirliyin fəaliyyət sahələri üzrə 169,3 min e-arayış verilib.
Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 5 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 109 milyon olub.