DSMF-yə ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 275 257 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb
29 DEKABR 2024

2024-cü ilin yanvar-noyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 275 257 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.

Onlardan 245 818-i rəsmi məktub və telefon zəngi, 29 439-u isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.