DSMF Yardımlı rayonunda ictimai dinləmə keçirib
16 SENTYABR 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu regionlarda ictimai dinləmələr keçirməkdə davam edir.

Fond tərəfindən bu dəfə Yardımlı rayonunda ictimai dinləmə təşkil olunub. Rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib. 

Fondun nümayəndələri pensiya və sosial müavinətlər, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərə təyin olunan Prezident təqaüdü ilə bağlı təqdimatlarla çıxış ediblər. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi də ətraflı izah olunub. 

Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.