DSMF və Qazaxıstan Dövlət Sosial Sığorta Fondu arasında əməkdaşlıq müzakirə olunub
27 OKTYABR 2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Dövlət Sosial Sığorta Fondunun (DSSF) nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Səfər Mehdiyev son illər ərzində ölkəmizdə sosial sığorta və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. O, bu sahədə tətbiq olunan innovativ yanaşmalar, əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və sosial təminat sahəsində müəyyən edilmiş prioritet istiqamətlərdən danışıb.

DSSF-nin İdarə Heyəti sədrinin müşaviri Toleubek Kaziyev Qazaxıstan Respublikasının məcburi sosial sığorta sistemi, ölkədə sosial xidmətlərin rəqəmsallaşdırılması və sosial ödənişlərin avtomatlaşdırılması, bu sahədə süni zəkanın tətbiqindən bəhs edib.

İki qurum arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.