ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid övladları üçün xeyriyyə tədbiri keçirib
19 mart 2024

DSMF və “McDonald’s Azərbaycan” şəhid övladları üçün xeyriyyə tədbiri keçirib

Novruz bayramı ərəfəsində Şüvəlan qəsəbəsində yerləşən “McDonalds” restoranında şəhid övladları üçün xeyriyyə tədbiri keçirilib.
Bayram tədbirində 8-11 yaş arası 60-dan çox uşaq iştirak edib, onlar üçün xüsusi əyləncə proqramı, həmçinin bayram naharı təşkil olunub. 
Tədbirin sonunda uşaqlara müxtəlif inkişafetdirici stolüstü oyunlar hədiyyə edilib. Səmimi mühitdə və bayram atmosferində keçən tədbir hər kəsə xoş təəssürat bağışlayıb.
Qeyd edək ki, bu tədbir Dövlət Sosial Müdafiə Fondu ilə "McDonald's Azərbaycan" şirkəti arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan əməkdaşlığın başlanğıcını simvolizə edir.
Anlaşmaya əsasən, əhalinin sosial cəhətdən həssas kateqoriyalarına, o cümlədən Vətən müharibəsi zamanı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin və müharibə veteranlarının övladlarına dəstək məqsədilə bir sıra sosial təşəbbüslər həyata keçiriləcək.
Uzunmüddətli perspektivdə bu kateqoriyadan olan uşaqlara sosial yardımın göstərilməsi, onlar üçün inkişafetdirici və əyləncə tədbirlərinin təşkilinə xüsusi diqqət ayrılacaq.