DSMF Sumqayıtda ictimai dinləmə keçiriləcək
01 İYUN 2026

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 12 iyun 2026-cı il tarixində saat 15:00-da Sumqayıtda şəhərin ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.

İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Sumqayıt şəhərində yerləşən Abşeron-Xızı Regional Filialına yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.