ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF beynəlxalq konfransda təmsil olunub
20 iyun 2023
Lüksemburqda “Sosial təminat və insan hüquqları – sosial ödənişlərə əlçatanlığın təmin edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkil etdiyi və Avropa regionu ölkələrinin sosial təminat qurumlarının nümayəndələrinin iştirak etdiyi konfransda Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli ölkəmizdə uğurla icra olunan ünvanlı dövlət sosial yardımı islahatı, yoxsulluğun minimuma endirilməsi, aztəminatlı ailələrin sosial risklərdən sığortalanması, həssas qruplara sosial dəstək mexanizmləri barədə məlumat verib.
Finlandiya, Lüksemburq, Belçika, Fransa, Litva, Malta və bir sıra digər ölkələrin təmsilçiləri Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq üçün ölkəmizə səfər etmək niyyətində olduqlarını bildiriblər.
Konfrans çərçivəsində keçirilmiş görüşlərdə sosial təminat sistemlərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində DSMF ilə bu qurumlar arasında əlaqələrin genişləndirilməsi perspektivləri də müzakirə olunub.