Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sinqapurda yerləşən “World Business Outlook” mötəbər beynəlxalq qurumunun “World Business Outlook Awards 2024” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Fond müsabiqədə “2024-cü ilin Ən Yaxşı Sosial Təminat Qurumu” ali mükafatına layiq görülüb.
Müsabiqə beynəlxalq platformada sənaye mərkəzlərinin müstəsna nailiyyətlərini, qabaqcıl idarəetmə strategiyalarını, iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müasir texnologiyalardan istifadə potensialını və davamlı innovasiyalarını təşviq etmək məqsədilə keçirilir.
Müsabiqədə ölkəmizlə yanaşı, Yunanıstan, Malayziya, Misir, İtaliya, Birləşmiş Krallıq, ABŞ, İndoneziya, Tailand, Qətər, Çin, BƏƏ və digər ölkələrdən qurumlar da iştirak ediblər.
Bu, 2024-cü ilin 8 ayı ərzində DSMF-nin layiq görüldüyü 22-ci, 2021-2024-cü illər ərzində isə 45-ci beynəlxalq mükafatdır.