DSMF sədri Zəka Mirzəyev Biləsuvarda rayon sakinlərini qəbul edəcək
05 OKTYABR 2026
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 16 oktyabr 2026-cı il tarixində saat 11:00-da Biləsuvarda rayon sakinlərini qəbul edəcək.
Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, oktyabrın 12-dək Fondun Biləsuvar rayonunda yerləşən qəbul şöbəsinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, dsmf_vqrsbid@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.
Digər







