ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF sədri Yardımlıda vətəndaşları qəbul edəcək
04 NOYABR 2024

Hörmətli vətəndaşlar!  
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 23 noyabr 2024-cü il tarixində saat 11:00-da Yardımlı rayonunda Masallı və Yardımlı sakinlərini qəbul edəcək.  
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, noyabrın 7-dək Fondun Yardımlı rayonunda yerləşən qəbul şöbəsinə və Masallıda yerləşən regional filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.