ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Saatlıda vətəndaş qəbulu olacaq
14 OKTYABR 2024

Hörmətli vətəndaşlar! 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 25 oktyabr 2024-cü il tarixində saat 11:00-da Saatlı rayonunda Sabirabad və Saatlı sakinlərini qəbul edəcək. 
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, oktyabrın 18-dək Fondun Saatlı və Sabirabad rayonlarında yerləşən qəbul şöbələrinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.