Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev növbəti dəfə vətəndaşları qəbul edib.
Fondun Aparatının Qəbul Mərkəzində keçirilən qəbulda Bakı şəhərində və respublikanın müxtəlif regionlarında qeydiyyatda olan vətəndaşlar iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədovun da iştirak etdiyi qəbul zamanı vətəndaşların sosial təminat hüquqları ilə bağlı müraciətləri dinlənilib.
Müraciətlər "Əməkdar" fəxri adına görə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün keçmiş dövr üzrə hesablanmış məbləğinin birdəfəlik ödənilməsi, əmək pensiyasının yenidən hesablanması, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ailə başçısını itirməyə görə əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış məbləğin tutulması məsələlərini əhatə edib.
Həmçinin ünvanlı dövlət sosial yardımının təyin edilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtinanın səbəbləri, eləcə də ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna tətbiq edilmiş bir il müddətinə məhdudiyyətin aradan qaldırılması ilə bağlı müraciətlərə baxılıb.
Qəbul zamanı bütün müraciətlər qeydə alınıb və müvafiq qaydada araşdırılıb. Müraciətlərin bir qismi yerində öz həllini tapıb. Əlavə araşdırma tələb edən müraciətlərin isə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə Fondun aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.







