DSMF sədri Bakıda vətəndaş qəbulu keçirib
19 AVQUST 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev vətəndaş qəbulunu davam etdirir. 

DSMF sədri bu dəfə Fondun Aparatının Qəbul Mərkəzində paytaxt Bakıda, eləcə də regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib.  

Qəbul zamanı vətəndaşlar pensiya, fərdi uçot, sosial sığorta və təqaüdlə bağlı müraciət ediblər. 

Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.