DSMF sədri Bakıda növbəti vətəndaş qəbulu keçirib
07 APREL 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov vətəndaş qəbulunu davam etdirir. 

DSMF sədri bu dəfə Fondun Qəbul Mərkəzində paytaxt Bakıda, eləcə də regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşlar pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciət ediblər.

Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.