DSMF sədri Ağsu rayonunda vətəndaşları qəbul edəcək
17 MART 2025
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 11 aprel 2025-ci il tarixində saat 11:00-da Ağsu rayonunda Şamaxı və Ağsu sakinlərini qəbul edəcək.
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, aprelin 7-dək Fondun Ağsu rayonunda yerləşən qəbul şöbəsinə və Şamaxıdakı regional filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.