DSMF şahmat turniri təşkil edir
20 SENTYABR 2025

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə şəhid övladları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları arasında şahmat turniri təşkil edir.

Qeydiyyat sentyabrın 20-dən oktyabrın 20-dək davam edəcək. 8-14 yaşlı uşaqlar arasında keçiriləcək turnirin ilk iki günü seçim turu olacaq. Bu etapdan uğurla keçənlər ¼ mərhələdə və yarımfinalda mübarizə aparacaqlar.

Hər yaş qrupu üzrə qalib olan iştirakçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Seçim turunu keçənlər sertifikatlarla, final və super finalda yarışanlar isə xüsusi hədiyyələr, medallar və mükafatlarla təltif olunacaqlar. Eyni zamanda qaliblər beynəlxalq şahmat turnirlərində iştirak etmək hüququ qazanacaqlar.

Qeydiyyat üçün (+994) 51-924-29-34 WhatsApp nömrəsinə, eləcə də DSMF-nin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.