DSMF Qusar rayonunda ünvanlı dövlət sosial yardımı ilə bağlı icra nümayəndəlikləri ilə birgə maarifləndirici görüş keçirib
28 AVQUST 2025
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ünvanlı dövlət sosial yardımı ilə bağlı geniş maarifləndirici treninq təşkil edib.
Tədbirdə DSMF-nin Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının əməkdaşları sosial yardımın təyin olunması şərtləri, gəlir meyarı, qiymətləndirmə mexanizmləri barədə geniş müzakirələr aparıblar.
Eləcə də icra nümayəndəliklərinin yerli səviyyədə ünvanlı yardım sisteminin düzgün və şəffaf tətbiqində, onların məsələyə məsuliyyətli yanaşmasının yardım proqramının səmərəli icrasında rolu barədə məlumat verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Digər







