DSMF nümayəndəsi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) Bürosunun 129-cu iclasında iştirak edib
31 YANVAR 2025


29-30 yanvar tarixlərində onlayn keçirilən iclasın gündəliyinə ISSA-nın Nəzarət Komissiyasına yeni üzvlərin və təşkilata yeni prezidentin seçilməsi, eləcə də ISSA-nın növbəti 2 il üçün büdcəsinin təsdiq edilməsi ilə bağlı məsələlər çıxarılıb.
İclasda iştirak edən DSMF nümayəndəsi ISSA-nın texniki komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinə, təşkilatın növbəti illər üçün büdcəsinə və ISSA-nın Konstitusiyasının mətninə dair bir sıra təkliflər səsləndirib. Təqdim edilmiş təkliflər qəbul olunub, üzv təşkilatlar tərəfindən yüksək qiymətləndirilib və ISSA Bürosunun növbəti iclasının gündəliyinə daxil edilib.
Digər