DSMF-nin sədri Zərdab rayonunda Kürdəmir və Zərdab sakinlərini qəbul edəcək
29 SENTYABR 2025

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 10 oktyabr 2025-ci il tarixində saat 11:00-da Zərdab rayonunda Kürdəmir və Zərdab sakinlərini qəbul edəcək.

Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, oktyabrın 3-dək Fondun Zərdab rayonunda yerləşən qəbul şöbəsinə və ya Kürdəmir rayonunda yerləşən regional filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.