









Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Vətən müharibəsi şəhidi kapitan Hüseynzadə Həmidağa Bağı oğlunun ailəsini ziyarət edib.
Görüşdə şəhidimizin döyüşlərdə göstərdiyi şücaətdən bəhs edilib, qəhrəman Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb.
Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər qeyd olunub, eləcə də şəhidin ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı bildirilib.
Qeyd edək ki, şərəfli döyüş yolu keçmiş Həmidağa Hüseynzadə Kəlbəcər rayonu Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il sentyabrın 30-da qəhrəmancasına şəhid olub.
Həmidağa Hüseynzadə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Qarabağ" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.