DSMF-nin sədr müavini Ağsu rayonunda vətəndaşları qəbul edib
11 APREL 2025

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən regionlarda vətəndaş qəbulları davam etdirilir.

DSMF-nin sədr müavini Səfər Mehdiyev Ağsu rayonunda Şamaxı və Ağsu sakinlərini qəbul edib.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.

Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.