DSMF-nin nüfuzlu beynəlxalq mükafata layiq görülməsi xarici tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilib
28 OKTYABR 2026

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsi beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin sosial təminat qurumları tərəfindən təqdir olunub. Mükafat münasibətilə Fonda çoxsaylı təbrik məktubları ünvanlanıb.

Təbrik məktublarında DSMF-nin fəaliyyətində innovativ həllərin tətbiqi, sosial müdafiə və sosial təminat sisteminin inkişafı, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusilə vurğulanıb.

Niderlandın Sosial Sığorta Bankı və Qırğız Respublikasının Sosial Fondu da DSMF-yə təbrik məktubları göndərənlər sırasındadır.

Məktublarda qeyd olunub ki, Fondun bu mükafata layiq görülməsi Azərbaycanın sosial təminat sahəsində həyata keçirdiyi islahatların, müasir xidmət mexanizmlərinin tətbiqinin və DSMF-nin institusional inkişafının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.