DSMF-nin fəaliyyət istiqamətləri üzrə 63 387 elektron arayış alınıb
31 İYUL 2025

2025-ci ilin yanvar-iyun ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 63 387 elektron arayış alınıb.

Bu arayışların 21 033-ü pensiya, 20 185-i müavinət və təqaüd, 15 649-u fərdi şəxsi hesab, 2 926-sı ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 609-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 137-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 833-ü əlilliyi olan şəxslərə qulluq ilə bağlı olub.