DSMF-nin fəaliyyət istiqamətləri üzrə 12 060 vətəndaş müraciəti cavablandırılıb
01 İYUL 2025

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin yanvar-iyun ayları ərzində 12 060 vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlərin 4 074-ü ünvanlı dövlət sosial yardımı, 2 660-ı pensiya təyinatı, 3 250-si sosial müavinət və təqaüd, 200-ü sosial sığorta və fərdi uçot, 1 876-sı isə digər istiqamətlər üzrə olub.