DSMF əməkdaşları üçün müxtəlif mövzularda təlimlər təşkil olunub
24 İYUN 2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Aparatının Vətəndaşların qəbulu departamenti və Qəbul Mərkəzinin əməkdaşları üçün “Ümumi əsaslarla əmək pensiyası”, “Effektiv ünsiyyət bacarıqları” və “Keys Menecment” mövzularında təlimlər təşkil edilib.

“Ümumi əsaslarla əmək pensiyası” üzrə keçilən təlimdə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyaların təyinatı, yenidən hesablanması və imtina halları ilə bağlı normativ hüquqi məsələlərə aydınlıq gətirilib.

“Effektiv ünsiyyət bacarıqları” mövzusunda interaktiv təlim zamanı bədən dili, empatiya, emosional intellekt və düzgün kommunikasiya üsulları müzakirə olunub, praktiki tapşırıqlar yerinə yetirilib, qrup müzakirələri aparılıb.

“Keys Menecment” təlimində isə stresin idarə olunması, insan tiplərinin fərdi yanaşma ilə tanınması və real iş şəraitində tətbiq oluna bilən kommunikasiya strategiyaları təqdim olunub.

Təlimlərin məqsədi əməkdaşların peşəkar bilik və bacarıqlarını artırmaq, vətəndaş məmnuniyyətinə yönəlik xidmət keyfiyyətini yüksəltmək və gündəlik işdə qarşılaşdıqları hallarda daha peşəkar şəkildə davranış qabiliyyətlərini inkişaf etdirmək olub.