DSMF əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
05 İYUN 2025


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Pensiya, sığorta və pensiya yığımlarına həsr olunmuş konfrans Portuqaliyanın Lissabon şəhərində keçirilib.
Portuqaliyanın Elmlər Akademiyasının və Nova Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunmuş konfransda dünya üzrə pensiya, sosial sığorta sistemlərində islahatlar və süni zəkanın rolu, pensiya sahəsində FinTech innovasiyaları barədə məlumat verilib.
Fondun nümayəndəsi sosial təminat sahəsində ölkəmizdə aparılan islahatlar, tətbiq edilən innovativ həllər, əhaliyə göstərilən proaktiv xidmətlərdən bəhs edib.
İştirakçılar sosial təminat və rəqəmsallaşma sahəsində əməkdaşlıq, inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.
Digər