DSMF Dünya Biznes Konfederasiyasının “The Bizz Award” ali mükafatına layiq görülüb
11 MART 2025
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil-qərargahı ABŞ-də yerləşən Dünya Biznes Konfederasiyasının (WORLDCOB) “The BIZZ Awards” beynəlxalq müsabiqəsində “The Bizz Award” ali mükafatına layiq görülüb.
DSMF-nin müsabiqə işi beynəlxalq ekspertlər tərəfindən müfəssəl araşdırılıb və biznes mükəmməlliyinə görə yüksək balla qiymətləndirilərək qalib elan edilib.
WORLDCOB 2004-cü ildən etibarən fəaliyyəti çərçivəsində unikal yanaşmaları ilə seçilən qurumlar arasında müsabiqələr təşkil edir. Məqsəd strateji liderlik və transformativ təşəbbüsləri, innovativ layihələri ilə fərqlənən təşkilatları müəyyən edərək təqdir etməkdir.
Müsabiqədə müxtəlif ölkələrdən 200-dən çox qurum iştirak edib.