DSMF-dən sosial ödəniş alanların diqqətinə!
20 iyul 2023
DSMF-dən sosial ödəniş alanların diqqətinə!
Hörmətli benefisiarlarımız!
Banklara DSMF tərəfindən sosial ödəniş (pensiya, müavinət, təqaüd) almağınıza dair kağız daşıyıcıda arayış təqdim etməyinə artıq ehtiyac yoxdur. Belə ki, siz banka müraciət edərkən bank əməkdaşları DSMF ödənişləri haqqında ASAN FİNANS elektron sisteminə inteqrasiya olunan məlumatları elektron qaydada əldə edə bilirlər.