DSMF-də Türkiyənin Sosial Təminat Qurumunun nümayəndə heyəti ilə görüş olub
22 APREL 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Türkiyə Respublikasının Sosial Təminat Qurumunun rəhbəri Raci Kayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. 

DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev Fondun fəaliyyəti, sosial sığorta və sosial təminat sahələrində son illər ölkəmizdə aparılan ardıcıl islahatlar barədə qonaqlara məlumat verib. 

O, eyni zamanda elektron infrastruktur üzərindən əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəfləri diqqətə çatdırıb. 

Raci Kaya iki ölkə arasındakı münasibətlərdən, rəhbərlik etdiyi qurumun fəaliyyətindən, həyata keçirilən layihələrdən bəhs edib. 

Görüşdə sosial təminat sistemlərinin təkmilləşdirilməsi, iki qurum arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.