ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF-də İctimai şura üzvləri ilə görüş keçirilib
27 dekabr 2024


Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib. 
Görüşdə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov şura üzvlərinə Fondun fəaliyyəti və 2024-cü ildə görülən işlər barədə məlumat verib. Eyni zamanda növbəti il sosial dəstək proqramları çərçivəsində həyata keçiriləcək sosial islahatları diqqətə çatdırıb.    
Bundan başqa xidmət keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərdən, ötən müddət ərzində elektron xidmətlərin keyfiyyətinin artırılmasından, operativliyin təmin olunmasından və vətəndaş məmnuniyyətinin yaranmasından bəhs olunub. 
Müzakirələr zamanı şura üzvləri görülən işləri və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılacaq addımları, eləcə də xidmət keyfiyyəti və vətəndaş məmnuniyyətinin artmasını yüksək qiymətləndiriblər. Həmçinin həyata keçiriləcək sosial dəstək proqramlarının böyük əhəmiyyət daşıyacağını da vurğulayıblar.   
Görüşdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq məsələləri də müzakirə olunub. Eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Fondun korrupsiyaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə məlumat verilib.  
İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin fikirləri, təklifləri dinlənilib. İctimai şura üzvləri ilə Fondun fəaliyyət sahələri üzrə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.