ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qazaxıstan nümayəndə heyəti ilə görüş olub
04 oktyabr 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzinin prezidenti Daulet Arqandıkov ilə görüş olub.
Görüşdə DSMF sədri Himalay Məmişov Fondun fəaliyyət istiqamətləri, sosial sığorta sisteminin gücləndirilməsi ilə bağlı aparılan islahatlar barədə məlumat verib. Eyni zamanda əhalinin sosial müdafiəsi və pensiya təminatı sistemlərinin şəffaflığının təmin edilməsi, səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs olunub, sosial təminat sahəsində son dövrlərdə həyata keçirilən islahatlardan, müəyyən edilmiş prioritetlərdən danışılıb. H.Məmişov “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlüklərə toxunub. O qeyd edib ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artırıb. 
Əmək Resurslarının İnkişafı Mərkəzinin prezidenti Daulet Arqandıkov təmsil etdiyi qurum, görülən işlər və tətbiq olunan yeniliklər barədə məlumat verib. O, ölkəsinin sosial təminat sistemindən, həyata keçirilən proqramlardan danışıb. Görüşdə ikitərəfli münasibətlərin davamlı inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.