DSMF daha bir beynəlxalq müsabiqədə “2025-ci ilin Ən Yaxşı Sosial Təminat Qurumu” ali mükafatına layiq görüldü
16 APREL 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Global Business Magazine” beynəlxalq qurumunun təşkil etdiyi “Global Business Magazine 2025” müsabiqəsində də “2025-ci ilin Ən Yaxşı Sosial Təminat Qurumu” ali mükafatına layiq görülüb. 

Müsabiqədə DSMF ilə yanaşı, Türkiyə, Qətər, Belçika, Portuqaliya, Oman, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən sığorta və investisiya qurumları, maliyyə-kredit, bank, eləcə də özəl və dövlət təşkilatları iştirak edib. 

DSMF-nin ölkəmizdə sosial müdafiə sahəsində aparılan ardıcıl islahatlar, əlilliyi olan şəxslər üçün inklüziv xidmətlər, bu sahədə rəqəmsal uğurlarla bağlı təqdim etdiyi müsabiqə işi beynəlxalq münsiflər tərəfindən yüksək balla qiymətləndirilib.

Fondun adı qeyd edilən beynəlxalq təşkilatın rəsmi veb səhifəsindəki qaliblərin siyahısına daxil edilib. (https://globalbizmag.com/global-business-magazine-winners-2025/)

Xatırladaq ki, bu mükafat DSMF-nin bu ilin ötən dövründə layiq görüldüyü 10-cu, 2021-2025-ci illər üzrə isə 64-cü beynəlxalq mükafatdır.