DSMF Cəlilabadda ictimai dinləmə keçirəcək
29 OKTYABR 2025

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 14 noyabr 2025-ci il tarixində saat 15:00-da Cəlilabadda bu rayondan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçiriləcək. 

İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Cəlilabad rayonunda yerləşən qəbul şöbəsinə yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.