DSMF Böyük Britaniyada mükafata layiq görülüb
29 aprel 2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) beynəlxalq uğurları davam edir.
Fond mənzil-qərargahı Böyük Britaniyada yerləşən “Wealth and Finance International” beynəlxalq korporasiyasının təşkil etdiyi “Retirement Planning Awards 2024” beynəlxalq müsabiqəsində də qalib gəlib.
DSMF müsabiqədə “Transformativ sosial müdafiə və rəqəmsal əks-əlaqə üzrə 2024-cü ilin Mükəmməllik Mükafatı”na layiq görülüb.
Fondun müsabiqəyə təqdim etdiyi iş “Azərbaycanda sosial ödənişlərin təyin edilməsində müasir humanist yanaşma: Proaktiv insan yönümlü təyinat mexanizmi” mövzusunda olub.
Qeyd edək ki, DSMF 2024-cü ilin ötən dövründə artıq 14 beynəlxalq mükafata layiq görülüb.