DSMF Birləşmiş Krallıqda ali mükafata layiq görülüb
07 MART 2025


Dövlət Sosial Müdafiə Fondu Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” jurnalının “Global Brand Awards” beynəlxalq müsabiqəsində “Dövlət Xidmətlərində Ən Yaxşı Rəqəmsal Transformasiya Təşəbbüsü” ali mükafatına layiq görülüb.
Fondun müsabiqə işi innovasiyaya sadiqlik, xidmət keyfiyyəti, brend mükəmməlliyi və vətəndaşla iş təcrübəsi meyarları üzrə seçildiyi üçün müsabiqənin “Public Sector & Government Awards” kateqoriyası üzrə qalib elan olunub.