ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF beynəlxalq Forumda iştirak edib
18 oktyabr 2023

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları “PensionEurope” beynəlxalq təşkilatının Bolqarıstanın Sofiya şəhərində “Mərkəzi və Şərqi Avropa Ölkələrinin pensiya seqmentinə ümumi baxış və imkanlar” mövzusunda təşkil etdiyi beynəlxalq Forumda iştirak edib.  
Forumda Avropa ölkələrinin pensiya və sosial təminat sahəsində tətbiq etdiyi yeniliklər, pensiya fondlarının investisiya fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Eləcə də pensiya ödənişlərinin və sosial təminat sisteminin dayanıqlığının artırılmasına dair fikir mübadiləsi aparılıb. 
DSMF-nin nümayəndələri sosial sığorta və sosial təminat sahəsində son dövrlərdə ölkəmizdə aparılan islahatlar, bu sahədə innovativ yeniliklər, əhaliyə göstərilən proaktiv xidmətlər, eləcə də prioritet hədəflər barədə məlumat verib.