ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirib
05 noyabr 2024

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Vətən müharibəsinin dördüncü ildönümü ilə əlaqədar olaraq müharibə səbəbindən əlilliyi müəyyən edilmiş şəxslərin övladları üçün 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirib.  
Tədbirdə 60-dan çox Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin övladları iştirak edib.  
Uşaqlar “Papa Johns Azərbaycan Pizza” restoranında nahar ediblər. Daha sonra DSMF-nin həyata keçirdiyi “Sosial tərəfdaş” layihəsinin iştirakçısı olan Azərbaycanda ilk peşəyönümlü uşaq şəhərciyi “Kinderland” Əyləncə Mərkəzində müxtəlif peşə növləri ilə tanış olublar. Onlar uçuş təlim mərkəzində pilot, neft şirkətində mühəndis, şokolad fabrikində qida mühəndisi, eləcə də bir çox digər peşə sahəsində o sahənin mütəxəssisi kimi fəaliyyət göstərib, nəzəri biliklərə yiyələniblər.  
Uşaqlar çox böyük həvəslə fövqəladə hallar üzrə polis, təcili tibbi yardım heyətinin üzvü və yanğınsöndürən kimi özlərini sınayıblar.