Cari ilin on ayında DSMF-nin fəaliyyət istiqamətləri üzrə 189 960 elektron arayış alınıb
18 NOYABR 2026
2026-cı ilin yanvar-oktyabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 189 960 elektron arayış alınıb.
Bu arayışların 89 597-si pensiya, 43 671-i müavinət və təqaüd, 37 049-u fərdi şəxsi hesab, 6 998-i ünvanlı dövlət sosial yardımı, 2 050-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 2 395-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 8 200-ü əlilliyi olan şəxslərə qulluqla bağlı olub.







