Cari ilin I yarımilində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 109 457 elektron arayış alınıb
29 İYUL 2026

2026-cı ilin yanvar-iyun ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 109 457 elektron arayış alınıb. 

Bu arayışların 50 587 pensiya, 26 235 müavinət və təqaüd, 22 025 fərdi şəxsi hesab, 4 008 ünvanlı dövlət sosial yardımı, 1 146 ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 257 sağlamlıq imkanları məhdud olan uşaqlar, 4 199 əlilliyi olan şəxslərə qulluqla bağlı olub.